Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlimlə bağlı danışıqları yüksək qiymətləndirir.
Bu barədə “Report”a müsahibəsində ÜST-nin Avropa Regional Bürosunun nümayəndəsi Kira Forçun bildirib.
O, həmçinin beynəlxalq nümayəndə heyətlərinin iqlim məsələlərinin müzakirəsinə böyük marağını qeyd edib.
"İqlim dəyişikliyi həqiqətən də səhiyyəyə də mənfi təsir göstərən təhlükəli böhrandır", - K.Forçun vurğulayıb.