Moskva qarışdı: Etiraz aksiyasında mindən çox adam saxlanılıb - FOTO

Moskvada razılaşdırılmamış etiraz zamanı 1074 nəfər saxlanılıb. Sherg.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı saytında məlumat verilib.

Vətəndaşların "müxtəlif qanun pozuntularına görə" saxlanıldığı bildirilir.

Xəbərə görə, Moskva şəhər meriyasından kənarda icazəsiz mitinq Moskva şəhər Dumasına müxalif namizədlər tərəfindən təşkil edilib. Prokurorluq vurğulayıb ki, razılaşdırılmamış mitinqlərin təşkili və onlarda iştirak "qanunla müəyyən edilmiş məsuliyyətə" səbəb olur.