Hindistanda 100-dən çox insan daşqınların qurbanı olub



Hindistanda güclü yağışlar nəticəsində bir neçə ştatda daşqınlar olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, güclü daşqınlar nəticəsində həlak olanların sayı 147-ə çatıb.

60-dan çox insanın həlak olduğu Kerala ştatında 160 mindən çox insan təxliyə edilib.

İntensiv yağışların bir neçə gün davam edəcəyi bildirilir.