İsveçdə ilk dəfə Miqrant Partiyası təsis edilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ölkədəki miqrantları təmsil edən partiyanın təsisçisi ötən il Türkiyə əleyhinə danışmadığı üçün Liberal Mərkəz Partiyasından xaric edilən türk əsilli siyasətçi Mixail Yüksəldir.
Göteborq şəhərində fəaliyyətə başladıqlarını deyən Mixail Yüksəl islamofobiyanın cinayət hesab edilməsini istədiklərini deyib. Bildirib ki, məqsədimiz irqçilik və islamofobiya ilə mübarizə aparmaqdır.