“Gürcüstan Cənubi Qafqaz ölkələri arasında Qərbə inteqrasiya yolunda müəyyən yol qət edib”. Bunu Sherg.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib.
Ekspert bildirib ki, Gürcüstan hökuməti Qərbdən ehtiyat edir: “Ukrayna hadisələrindən sonra Qərbin hər hansı dəstəyinin olmaması hazırkı hökuməti narahat edir. Prezident Salome Zurabişvili başa düşür ki, heç kim hazırkı vəziyyətdə Rusiya kimi nəhənglə qarşı-qarşıya gəlmək istəməyəcək. Bu səbəbdən də Gürcüstan hökuməti radikal addımlardan qaçmaq və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir. Təbii ki, buna əsas səbəblərdən biri də Azərbaycanla yaşanan son konfliktlər ola bilər. Gürcüstan Azərbaycanın rəhbərlik etdiyi iqtisadi layihələrdə əsas aktor kimi çıxış edir. Hansı ki, bunu hər hansı investisiya qoymadan edir. Lakin, son hadisələrdən sonra gürcü hökuməti Azərbaycan tərəfdən də təzyiqlərlə üzləşə biləcəyini anladı. Rusiya ilə əməkdaşlıq məhz gürcülərə qarşı atılacaq addımlardan qorunmaq məqsədi daşıyır”.
Analitik xatırladıb ki, bir müddət əvvəl Rusiya ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı da gündəmdə idi:
“Burada belə bir sual ortaya çıxır ki, Azərbaycandan olduqca aşağı qiymətə qaz alan bir dövlət niyə buna alternativ fikirləşsin? Görünən odur ki, Gürcüstan tərəfi müəyyən balans yaratmaq istəyir. Düşünürəm ki, bu düşüncələr yaxın gələcək üçün planlaşdırılmayıb. Məlumdur ki, ölkəmizdə Türkiyənin hərbi bazalarının yerləşdirilməsi ilə bağlı fikirlər səsləndirilir. Təbii ki, bu da qonşu xristian ölkələrdə narahatlıq yaradır. Bunun məntiqi nəticəsi kimi ən ideal variant yaxın qonşu ilə normal ünsiyyət qurmaqdır. Lakin, bu heç də o demək deyil ki, Gürcüstan tərəfi bunu könüllü edir. Sadəcə məcburi addım kimi qiymətləndirmək lazımdır. Əsas səbəblər isə NATO-Türkiyə münasibətilərinin hazırkı vəziyyəti, Rusiyanın Türkiyə ilə əməkdaşlığı və İvanaşvili amilidir”.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, Rusiyanın mövqeyinin dəyişməsi Tiflislə Moskva arasında dialoqun yenilənməsi üçün əsas ola bilər. Prezidentin sözlərinə görə, yalnız bu halda Gürcüstan Rusiya ilə kontaktlara hazır olacaq: “Rusiya ilə hansısa kontakta sahib olmaq üçün biz Moskvanın mövqeyində kiçik qonşusuna qarşı hansı dəyişikliyin baş verdiyini anlamalı olacağıq. Rusiya bilməlidir ki, münasibətlər məcburiyyət üzərində qurula bilməz. Biz aydın siqnallar görsək, dialoqa hazır olacağıq”.
Tiflis Kremllə yaxınlaşmaq istəyir: Gürcüstan rəhbərliyi anlayır ki...
17:14 28.08.2019
Dünya
516
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
12:20 24.11.2024
Cəmiyyət
Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB
11:35 24.11.2024
Dünya
İsrailin təxliyə əmri: Yüzlərlə fələstinli bu ərazini tərk etdi
11:17 24.11.2024
Dünya
Azərbaycanın COP29 uğuru
11:00 24.11.2024
COP29
Kəlbəcər Böyük Qayıdışa hazırlanır
09:55 24.11.2024
Sosial
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
09:32 24.11.2024
Hadisə
Analitik: İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür
09:00 24.11.2024
Aktual
Biz regionda dayanıqlı sülh istəyirik -RƏY
08:16 24.11.2024
Siyasət
Rusiya nüvə silahının tətbiqindən hələki çəkinir -ANALİTİK
07:24 24.11.2024
Dünya
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
06:38 24.11.2024
Gündəm
Politoloq: Paşinyan Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq
05:17 24.11.2024
Dünya
Ayaq dırnaqları bizə lazımdırmı? -Alimlərdən ilginc açıqlamalar
04:30 24.11.2024
Cəmiyyət
And içməyənlər Rusiya vətəndaşlığını itirəcək -AÇIQLAMA
03:04 24.11.2024
Dünya
Zaman donub: Pəhləvilərin İranda hakimiyyət yolu bağlıdır
02:00 24.11.2024
Dünya
Zəlzələyə davamlı evlər... -Yanmış taxtadan tikilir
01:12 24.11.2024
Dünya
Hansı daha faydalıdır -Sarı, yoxsa ağ kərə yağı?
00:55 24.11.2024
Sağlamlıq
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya