Terrorçular Suriyanın Hələb şəhərində yerləşən məscidi və uşaq bağçasını atəşə tutublar.
Vesti.ru məlumat verir ki, yeni təmir edilən binalar minaatanlardan atəşə tutulub.
Məscidə ziyarətə gələn şəxslərin bir saat əvvəl ərazini tərk etməsi insan itkisinin qarşısını alıb.
Qeyd olunur ki, son bir ayda məscid beş dəfə atəşə tutulub.
Xatırladaq ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.