Əsədin iki hərbi təyyarəsi vuruldu


Türkiyə hərbçiləri İdlib rayonunda Suriyaya məxsus iki hərbi təyyarəni vurub.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

“Vurulan təyyarələrin pilotları katapult edə bilib, heç bir xəsarət almayıblar”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Bəşər Əsəd rejiminə aid L-39 təyayrəsi bu gün müxalif qüvvələr tərəfindən İdlib rayonunda vurulmuşdu.