Özbəkistan İran və Əfqanıstanla hava əlaqəsini kəsdi

Özbəkistan koronavirus təhlükəsi ilə əlaqədar Əfqanıstan və İranla hava əlaqələrini dayandırıb.

Oxu.Az -ın məlumatına görə, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Özbəkistan XİN-dən bildirilib ki, fevral ayının birindən Çinlə, mart ayının ilk günündən başlayaraq isə İtaliya, Yaponiya və Cənubi Koreya ilə hava nəqliyyatı dayandırılıb.

Özbəkistan tərəfi yalnız xəstəliyin yayılması ilə bağlı vəziyyətin sabitləşməsindən sonra aviasiya əlaqələrinin bərpa olunacağını vurğulayıb.