BMT: “Suriya və Rusiya hərbi cinayət törədib”


BMT-nin “Suriya Araşdırma Komissiyası” Suriya hökumət qüvvələrinin hərbi cinayət etdiyini açıqlayıb.

Bu barədə “Hurriyet” məlumat yayıb.

Açıqlamada Suriya qüvvələrinin səhiyyə təşkilatlarına və mülki şəxslərə atəş açaraq hərbi cinayətlər etdiyi bildirilib.

Eyni zamanda, Rusiya Hərbi Hava Qüvvələrinin İdlib şəhərindəki mülki bölgələrə özbaşına hücumlar etdiyi və bununla da hərbi cinayət etdiyi qeyd edilib.

“Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə uşaqlar da daxil olmaqla vətəndaş hüquqları pozulur”, - deyə açıqlamada vurğulanır.

Komissiyanın üzvü Hanni Megalli deyib ki, Türkiyə yerli vətəndaşların zərər görməməsi üçün çox diqqətli davranır.