Merkel Putinlə təcili telefonla danışdı


Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Kremlin saytında məlumat verilib.

“İdlib de-eskalasiya zonasında indiki gərgin vəziyyət nəzərə alınmaqla Suriya probleminin nizamlanması məsələləri müzakirə edilib. Bu çərçivədə martın 5-də Moskvada Rusiya-Türkiyə sammitinin səmərəli keçirilməsinə ümid ifadə olunub”, - deyə məlumatda bildirilib.
Bundan başqa, Putin və Merkel Liviya məsələləri barədə də fikir mübadliləsi aparıblar.

Liderlər gələcək görüşlər barədə razılığa gəliblər.

Telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.