Rusiyalı alim: “Çində aparılan təcrübələr virusu ölümcül hala gətirib”


Çinin Uhan şəhərindəki virusologiya laboratoriyasında elm adamları illərdir koronavirus üzərində araşdırmalar aparır və COVID-19 da bu araşdırmalar zamanı ortaya çıxıb.

“Hürriyet”in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, mikrobioloq Pyotr Çumakov danışıb.

Çumakovun sözlərinə görə, çinli elm adamlarının məqsədi virus yaradaraq, insanlar arasında yaymaq olmayıb.

“Koronavirus aparılan təcrübələr nəticəsində insandan insana keçən bir virus halına gəlib”, - deyə rusiyalı alim bildirib.