İsraildə COVID-19-a yoluxanların sayında azalma var


İsraildə aktiv koronavirusa yoluxmuş xəstələrin sayı 195 nəfər azalaraq 4962 nəfər təşkil edib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə virusa yoluxmuş şəxslərin sayı 27 nəfər artıb və 16 436-ya çatıb. İsrail Səhiyyə Nazirliyinin axşam açıqlanan hesabatına görə, gün ərzində bu diaqnozla ölən olmayıb, ölü sayı əvvəlki göstəricidə qalıb – 245 nəfər.

Hazırda 78 nəfər ağır vəziyyətdədir, 63 nəfər isə süni tənəffüs aparatına qoşulub. Bununla yanaşı, 11 229 nəfər sağalıb.