Çində koronavirusa yoluxma minimuma endi


Çinin materik hissəsində son sutka ərzində cəmi bir nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Həm şəxs virusa ölkədən xaricdə yoluxub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Bildirilir ki, ölkədə simptomlar müşahidə edilməyən daha 15 xəstə aşkar edilib. Çində indiyədək ümumilikdə 82 887 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 1681-i ölkəyə kənardan gəlib. 4633 nəfər isə virusdan ölüb.

Xəstəxanalarda hazırda 208 koronaviruslu xəstə var, 78 mindən çox insan isə sağalıb.