İtaliyada martdan bəri ən aşağı ölüm hadisəsi qeydə alındı

İtaliyada son sutka ərzində koronavirusdan 23 nəfər ölüb.
APA-nın ANSA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Bildirilib ki, bu rəqəm mart ayının əvvəlindən bu günə olan ən aşağı göstəricidir.
İtaliyada ölənlərin ümumi sayı 34 657 nəfərə çatıb.
Son 24 saat ərzində 218 yeni yoluxma hadisəsi qeydə alınıb.