Ermənistanda koronavirusa yoluxanların sayı 41 min 663 nəfərə çatıb


Ermənistanda koronavirusa yoluxanların sayı 41 min 663 nəfərə çatıb. Son sutka ərzində 168 nəfər bu virusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi Məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanda pandemiya qurbanlarının sayı da artaraq 818 nəfərə çatıb. Bundan başqa, daha 243 nəfər koronavirus xəstəsi başqa səbəblərdən dünyasını dəyişib.

Hazırda Ermənistanda 6018 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.