Müxalifət lideri: "Tək partiyalı hakimiyyət yaratmağa imkan verməyəcəyik"


"Avropalı Gürcüstan" partiyası "Vahid Milli Hərəkat"ın tək partiyalı hakimiyyət yaratmaq cəhdinə qarşı çıxacaq".

24News.ge xəbər verir ki, bu sözləri "Avropalı Gürcüstan"ın liderlərindən olan, Qiqi Uqulava deyib.

O deyib ki, bizim bu kimi fikirlərimizdən VMH partiyasında olan yoldaşların narahatlığını təmamilə yersiz hesab edirəm:

"Bəli, sizin Saakaşvilini baş nazir kimi namizəd göstərmək hüququnuz var. Sizin bir partiyalı idarəetmə barəsində danışmağa da və xəyal qurmağa da hüququnuz var.

Aydın məsələdir ki, VMH olmadan parlamentdə koalisiya yarana bilməyəcək. Buna görə də biri-birimizə dəstək ifadə edək, fərqli mövqelərimizi də ortaya qoyaq. Lakin təkcə "Vahid Milli Hərəkatı" dəstəkləmək Saakaşviliyə üçüncü dəfə müddət vermək deməkdir, "Avropalı Gürcüstan"ı dəstəkləmək isə Avropa koalisiyasına imkan yaratmaq deməkdir", - deyə Qiqi Uqulava bildirib.

Uqulavanın sözlərinə görə, VMH-deputatları tərəfindən Tbilisidə Avropalı Gürcüstanın majoritar namizədləri üçün ağır nəticə verəcək demələri yaxşı hal deyil və əsas mübarizə hal-hazırkı hakimiyyətin məğlubiyyəti yolunda olmalıdır deyə bildirib.