Bolqarıstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir


Bolqarıstanda son sutka ərzində 157 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

 Ölkədə koronavirusa yoluxanların sayı 16065-ə çatıb. Ötən müddət ərzində 11 231 nəfər sağalıb, 603 nəfər ölüb. Xəstəxanalara 712 nəfər yerləşdirilib, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 59-dur. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırır.