Doğum xərclərini ödəyə bilmədilər: Körpələrini xəstəxanaya satdılar


 Hindistanda ağlasığmaz hadisə yaşanıb. Hindli bir ailə xüsusi xəstəxanada dünyaya gələn körpələrinin doğum xərclərini ödəyə bilmədiklərinə görə uşaqlarını xəstəxanaya satdıblar.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, ölkənin Uttar Pradeş əyalətindəki Agra şəhərində baş verib. Shiv Charan adlı adam, sancısı artan hamilə həyat yoldaşı Babıdanı xüsusi xəstəxanaya aparıb. Körpə sağ-salamat dünyaya gəlib. Xəstəxana, körpənin atası Charana 35 min hind rupisi (3 min 530 lirə) hesab yazıb. Charan hesabı ödəyə bilmədiyinə görə xəstəxana körpəni satın alıb.
Ata fərqli iddia irəli sürüb. O, xəstəxananın körpəsini 100 min hind rupisinə (10 min lirəyə) satmağa məcbur etdiyini söyləyib. Maraqlı hadisə ilə əlaqədar xəstəxananın müdiri Seema Gupta  bildirib ki, ailə özü körpədən imtina edib və bu  “satış” deyil, “övladlığa götürmə” əməliyyatıdır. Xəstəxana tərəfindən, uşağın “övladlığa götürmə” əməliyyatlarına aid bütün sənədlərin hazırlandığı və ailənin də sənədi öz razılıqlarıyla imzaladığı ifadə edilib. Xəstəxananın iddilarını rədd edən ata isə  oxuya, yaza bilmədiklərini əsas gətirərək özlərini müdafiə edib.
Bölgənin məhkəmə hakimi Prabhu N Singh, yeni doğulan körpə ilə bağlı insan alveri iddiası ilə istintaq başladıldığını və lazımi əməliyyatların aparılacağını bildirib.
Hindistanda bəzi xəstəxanalarda körpələrin xəstəxananın himayəsinə alınaraq övladlığa götürmək istəyən cütlüklərə satıldığı qeyd edilir.