İngiltərənin Birmingem şəhərində bir neçə nəfər bıçaqlanıb


Böyük Britaniyanın Birmingem şəhərində bir neçə nəfər bıçaqlanıb.

AZƏRTAC figaro.fr saytına istinadla xəbər verir ki, Birmingem polisi əvvəlcə şəhərin mərkəzində bir nəfərin bıçaqlanmasına dair məlumat alıb. Daha sonra isə analoji hadisənin şəhərin bir neçə yerində baş verdiyi bildirilib.

Polis hadisələrlə bağlı əlavə məlumat verməyib.