"Saakaşvili keçmişi bərpa etmək istəyir, İvanişvili bu günü qorumaq, biz isə..." - Bokeria


"Saakaşvili 2012-ci ilədək olan vəziyyəti bərpa etmək istəyir, İvanişvili bu günkü vəziyyəti qorumaq, bizim məqsədimiz isə həlledici dəyişikliklərdir".

24News.ge xəbər verir ki, bu sözləri "Avropalı Gürcüstan" partiyasının liderlərindən olan, Qiqa Bokeriya bildirib.

Müxalif lider "Avropalı Gürcüstan" partiyasının əsas istəyinin ölkədə mövcud olan bir sıra sistemin dəyişməsi olduğunu bildirib:

"Bizim məqsəd kimisə ölkəyə qaytarmaq və ya qaytarmamaq, təhdid etmək deyil. Məqsədimiz ölkənin gələcəyinin, düzgün yolda olmasıdır, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Ölkədə siyasi təqib sona çatmalıdır və insanların rahat yaşaması təmin olunmalıdır", - deyə Qiqa Bokeria bildirib.