Türkiyədə koronavirusdan sutka ərzində 53 nəfər dünyasını dəyişib


Türkiyədə koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölüm halları artmaqdadır. İndiyədək 279 min 876 nəfərdə xəstəlik aşkarlanıb. Onlardan 6 min 673-ü vəfat edib.

AZƏRTAC qardaş ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 6-da Türkiyədə 96 min 842 nəfər koronavirus testindən keçirilib. Onlardan 1578-də xəstəlik aşkarlanıb. Sutka ərzində 1013 nəfər sağalıb, 53 xəstə dünyasını dəyişib.