Əfqanıstanda yaşayış binasına atılan raket zərvəsi nəticəsində 5 uşaq ölüb


Bu gün Əfqanıstanın Nanqarhar əyalətində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində beşi uşaq olmaqla, altı nəfər dünyasını dəyişib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanlarına istinadən verilən məlumatda daha dörd nəfərin yaralandığı bildirilib.