Burcanadze Saakaşvilinin əleyhinə çıxdı: "Ona bir səs belə verməyəcəyik"

"Saakaşvili koalisiya yaratmaq üçün, bir səsə belə ehtiyyac duyarsa, verməyəcəyik".

24News.ge xəbər verir ki, bu sözləri "Vahid Gürcüstan" partiyasının lideri, Nino Burcanadze deyib.

"Saakaşvili həqiqətəndə ölkəyə qayıdarsa, çox təəccüblənərəm. Biz kimi dəstəkləyəcəyimizi artıq qeyd etmişik, həmin şəxsləri dəstəkləyəcəyik (VMH üzvlərindən söhbət gedir). Konkret olaraq, Saakaşvilini dəstəkləməyə gəldikdə isə bizim tərəfimizdən ona hər hansı bir dəstək istisnadır. Onun koalisiya yaratmaq üçün, bir səsə belə ehtiyyacı olarsa, biz verməyəcəyik", - deyə Burcanadze bildirib.

Jurnalistlərin, M.Saakşvilinin etdiyi səhvlər üçün, gürcü xalqından üzr istəməsi barəsindəki suallarına cavab olaraq, Burcanadze bildirib ki, sabiq prezidentin üzürünü qeyri- səmimi hesab edir:

"Üzr istəməsi yaxşıdır, ancaq mən onun səmimiliyinə 1 dəqiqə belə inanmıram. Buna görə də bu üzr onun etiklərini növbəti dəfə etməyəcəyinə bir zəmanət deyil", - deyə Burcanadze bildirib.