ABŞ-ın qərbində meşə yanğınları nəticəsində ölənlərin sayı artıb


ABŞ-ın qərb ştatlarında meşə yanğınları nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ən çox ölüm halları Kaliforniya ştatında qeydə alınıb. Burada meşə yanğınları 19 nəfərin ölümünə səbəb olub.

Bildirilir ki, ölüm hallarının əksəriyyəti son günlərdə qeydə alınıb.