Son sutkada Pakistanda koronavirusa 585 nəfər yoluxub


Son sutka ərzində Pakistanda COVID-19-a 585 nəfər yoluxub və belə xəstələrin sayı 300 min 955 nəfər təşkil edib.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada koronavirusdan 3 xəstə dünyasını dəyişib və ölənlərin sayı 6 min 373 nəfərə çatıb.

Hazırda xəstəxanalarda 6 min 46 xəstə var ki, onlardan 534-nin vəziyyəti ağırdır.

Bildirilir ki, virusdan 288 min 536 xəstə sağalıb.