Müxalif deputat: Hakimiyyət epidemioloji vəziyyəti öz maraqlarına uyğunlaşdırmaq istəyir

"Vahid Milli Hərəkat" partiyasının deputatı, Tina Bokuçava ölkədəki epidemioloji vəziyyəti və hakimiyyətin addımlarını şərh edib.

24News.ge xəbər verir ki, Bokuçava hakim partiyanı vəziyyətdən sui istifadə etməkdə ittiham edib.

"Bir neçə ay bundan öncə koronavirusa bir neçə yoluxma halı qeydə alındığı zaman bütün ölkə bağlanmış, insanlar evlərinə qapanmışdılar. Avtomobil ilə hərəkət də qadağan edilmişdir. Çox yaxşı anladılar ki, dayanmış iqtisadiyyat şərtlərində insanlar aclıq həddində idilər. İndi isə göründüyü kimi, hakimiyyət epidemioloji vəziyyəti seçki təqviminə və öz maraqlarına uyğunlaşdırmaq istəyir. Ancaq, hesab edirəm ki, bu Gürcüstan vətəndaşlarını daha da əsəbləşdirəcək. Çünkü Gürcüstan vətəndaşının marağı Bidzina İvanişvilinin düşündüyündən daha yüksəkdə dayanır", - deyə Tina Bokuçava bildirib.