Saakaşvilinin anası deputatlığa namizəd olacaq?

Eks prezident Mixeil Saakaşvilinin anası Giuli Alasania Zuqdididə majoritar namizəd olacaq.

24News.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat partiyasının millət vəkili Koba Nağopia TV Pirveli kanalında danışıb.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat partiyası Giuli Alasaniya ilə birlikdə digər namizədlərin rəsmi təqdimatının 15 sentyabrda keçirilməsi planlaşdırılır:

“Xanım Giuli və digər majoritarların təqdimatı 15 sentiyabrda olacaq və onun Zuqdididə majoritar namizəd olacağı gözlənilir. Xanım Giuli Zuqdididə mütləq qalib gələcək, mən buna tamamilə əminəm”,-deyə Nağopia deyib.

Xatırladaq ki, 2019-cu ilin mer seçkilərində Zuqdididən Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs namizəd idi və o 42.83% (24096) səs toplamışdı.