Rusiyada MSK-nın saytına haker hücumları edilir


Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası veb saytına haker hücumları olması barədə məlumat verib.

APA bildirir ki, bu barədə TASS xəbər verib. Məlumata görə, Mərkəzi Seçki Komissiyası rəhbərinin müavini Nikolay Bulaev hazırkı seçkilər zamanı agentliyin saytında gecə-gündüz haker hücumlarının olduğunu söyləyib:

“Artıq buna birtəhər uyğunlaşmışıq. Əsasən sayta hücum edirlər. Seçki sistemi ilə bağlı hücum qeydə alınmayıb. Sayta hücumlar etmək isə sadəcə mənasızdır ”.

Qeyd edək ki, bu gün Rusiyada Vahid səsvermə günü keçirilir.