Türkiyədə daha üç terrorçu zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatları əsasında terrorçu qüvvələrə növbəti zərbə vurulub.

AZƏRTAC Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, “İldırım-11 Herekol” antiterror əməliyyatı çərçivəsində Şırnakın Bestlər dərələri bölgəsində üç terrorçu zərərsizləşdirilib.

Bölgədə antiterror əməliyyatı davam edir.