Amerika və Gürcüstan hərbiçiləri tibbi təlim keçiblər


“Layiqli Tərəfdaş 2020“ hərbi təlimləri çərçivəsində, gürcü-amerikan tibbi hərbi qüvvələrinin birgə təlimi baş tutub.

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın  Müdafiyə Nazirliyi məlumat yayıb.

Təlimlərin senarisinə görə, hərbi həkimlər yaralı əsgərlərə tibb yardım göstərib və pasiyentlərin sağlamlıq vəziyyətini stabilləşdiriblər.

Məlumata görə, çox millətli hərbi təlimlərə amerikan aviasiyası da qoşulub.

Xatırladaq ki, Gürcüstan beşinci dəfədir ki, "layiqli tərəfdaş" təlimlərinə ev sahibliyi edir və burada Gürcüstan, ABŞ, İngiltərə, Polşa və Fransadan 2700-dən çox hərbi personal iştirak edəcək.