Tramp polisə güllə atanlara edam cəzası veriləcəyini vəd edib


ABŞ prezidenti Donald Tramp Kaliforniyada iki polis məmuruna atəş açanlara ölüm cəzası veriləcəyinə vəd edib.

APA bildirir ki, Donald Tramp bu barədə Twitter hesabında yazıb:

“Yaralı polislər ölsələr, qatil üçün tez bir zamanda məhkəmə olacaq və edam cəzası veriləcək. Bu cəza, cinayətləri dayandırmağın yeganə yoludur”.

Xəbər verdiyimiz kimi, ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb, onlar xidmətdə olarkən avtomobilin içərisində güllələniblər.

Zabitlərin vəziyyətinin ağır olduğu bildirilir.