"Bu gün qeydə alınan 196 yeni yoluxma halının 128-i Acara bölgəsindədir".
24News.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının Tibbi Direktoru Marina Ezuqbaia açıqlama verib.
Onun sözlərinə görə, 196 yoluxmadan 30-u isə paytaxt Tbilisiyə aiddir:
"Bu gün qeydə alınan 196 koronavirus hadisəsindən 128-i Acara bölgəsində, 30 nəfəri paytaxt Tbilisidə, 10 yoluxma halı Kutaisidə, 10 nəfər Sameqrelo və Zemo Svanetidə, 6 nəfər Kvemo Kartlidə, 5 yoluxma Quriyada, 4 nəfər Mçxeta Mtianetidə, 2 nəfər Kaxetidə, 1 nəfər isə Şida Kartlidə qeydə alınıb", - deyə Ezuqbaia bildirib.
Tibbi rəhbərin sözlərinə görə, hal-hazırda ölkə üzrə 14 pasyentin vəziyyəti kritik, 80 pasyentin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Ümumilikdə bu gündək ölkə üzrə koronavirus diaqnozu qoyulanların ümumi sayı 3,502 nəfərə çatıb.