Lukaşenko siyasi səhnədən gedir ? – ŞƏRH 

“Belarus prezidenti Aleksandr Lukaşenko noyabrdan dövlət başçısı sayılmamalıdır”. 
Bu fikri Avropa Parlamentinin deputatları bildiriblər. Deputatlar Lukaşenkonun 5-ci prezidentlik müddətinin məhz bu ilin noyabrında bitdiyini açıqlayıblar. 
"Aleksandr Lukaşenkonun səlahiyyət müddəti bu ilin noyabrın 5-də sona yetəndə, parlamenti artıq rəsmi olaraq onu ölkə prezidenti kimi tanımayacaq. Çünki onun andiçmə mərasimi 2015-ci ilin 5 noyabrında keçirilib". 

Qeyd edək ki, Avropa Parlamenti bundan öncə Lukaşenkoya tətbiq olunacaq sanksiyalara dəstək verib. 



Politoloq İlqar Vəlizadə məsələ bərədə fikirlərini “Sherg.az”la bölüşüb:

“Lukaşenkonun siyasi səhnədən gedəcəyinə inanmıram. Çünki əvvəllər də oxşar hallar olub. Beynəlxalq qurumlar bir neçə dəfə belə bəyanatlar səsləndiriblər. Amma əsas məsələ ondan ibarətdir ki, Belarusdakı etirazlar uzun müddətli ola bilər. Çünki xaricin dəstəyi var. Qərblə Şərq arasında münasibətlərin kəskinləşəcəyini və regionda gərginliyin artacağını düşünürəm”.