Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə bağlı bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda Ukrayna XİN-in Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən narahatlığı ifadə olunur.
Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırıb.
Ukrayna XİN həmçinin həlak olanların yaxınlarına başsağlığı verib.