Meksikada bara silahlı hücum olub, ölənlər və yaralananlar var


Mexiko şəhərində bir bara edilmiş silahlı hücum nəticəsində 6 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “La Razón” nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə gecə saatlarında Askapotsalko bələdiyyəsində baş verib.

Polis insidentdə şübhəli bilinən üç nəfəri saxlayıb.