"Qamma" fırtınası Meksika sahillərinə çatıb


Atlantik okeanında yaranan "Qamma" tropik fırtınası Meksika sahillərinə çatıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Qasırğa İzləmə Milli Mərkəzi bildirib.

Məlumata əsasən, "Qamma" ölkənin Kintana-Roo ştatında Tulum kurort şəhəri yaxınlığında sahilə yaxınlaşıb.

Meteoroloqlar fırtınanın gücünə görə qasırğaya yaxın olduğunu xəbərdar etdilər.