Ukraynada koronavirusa yoluxmalar artır


Ukraynada son sutka ərzində koronavirusa yoluxanlarda artım qeydə alınıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 4140 nəfər koronavirusa yoluxub, 44 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma halları Kiyev, Odessa, Xarkov və Lvov vilayətlərində qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 226 min 462 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 4404 nəfərdir, 100 min 107 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.