Trampın vəziyyəti pisliyə dəyişməsə bu gün xəstəxanadan  buraxıla bilər

Donald Trampın xəstəxanadan buraxılacağı gün açıqlanıb

ABŞ Prezidenti Donald Trampın həkimlər komandasının nümayəndəsi Brayan Haribaldi dövlət başçısının xəstəxanadan mümkün buraxılma tarixini deyib.

Haribaldinin sözlərinə görə, əgər Trampın vəziyyəti pis tərəfə dəyişməsə, o artıq bazar ertəsi oktyabrın 5-də buraxıla bilər. "Və o Ağ evə qayıdaraq müalicə kursunu davam etdirəcək", - həkim əlavə edib.

Trampın həkimi Şon Konli isə qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir və onun vəziyyəti yaxşılaşır. Trampın müalicə olunduğu Uolter Rid adına hərbi-tibbi mərkəzdə bildiriblər ki, oktyabrın 2-dən sonra onda yüksək hərarət müşahidə olunmayıb.

ABŞ lideri oktyabrın 2-də özünün və xanımı Melaniya Trampın koronavirus testlərinin pozitiv çıxdığını bildirib.