Türkiyədə terrorçularla atışmada bir hərbçi şəhid olub


Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

AZƏRTAC xəbər verir ki, nəticədə bir hərbçi şəhid olub, biri yaralanıb.

Bölgədə antiterror əməliyyatı davam edir.