İranın Atom Enerjisi Təşkilatının sədri koronavirusa yoluxub


İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının məlumatında bildirilib.

Qeyd olunub ki, Əli Əkbər Salehi həkimlərin məsləhəti ilə ev şəraitində karantindədir, onun vəziyyəti qənaətbəxşdir.

Süleyman Fərzəliyev