Fransada etirazlar davam edir


Fransada "qlobal təhlükəsizlik" qanun layihəsinin əleyhinə nümayişlər keçirilib.

AZƏRTAC bildirir ki, Fransanın Paris, Lyon, Bezanson, Oser (Auxerre), Nis, Dijon, Nansi, Lill, Tuluz və Strasburq şəhərlərində etiraz nümayişləri zamanı 140-dan çox nümayişçi saxlanılıb. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.