Zəngəzur dəhlizi Ermənistana ziyan vurur - Xamenei

Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır.

Axar.az xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei Paşinyanla görüşündə deyib.

“İran-İraq müharibəsində İran ermənilərinin böyük rolu olub və mən şəxsən İranda çoxlu sayda erməni ailələrinə baş çəkmişəm”, - o vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.