Tbilisidə baş verən silahlı qarşıdurma nəticəsində iki nəfər yaralanıb


Gürcüstanın paytaxtı Tbilisidə növbəti dəfə silahlı qarşıdurma olub. Budəfəki insident paytaxtın Nadzaldevi rayonunda baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralıları Gerars klinikasına aparıb.

Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı bir neçə atəş açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq başlanıb, hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, dekabr ayında bu, üçüncü hadisədir.

Bundan başqa, paytaxtda soyğunçuluq, quldurluq, narkomaniya və digər cinayətlərin sayı da artıb.