Milyarderin oğlu maşında yanıb öldü

 ABŞ-ın Bridgewater Associates şirkətinin banisi Rey Dalionun oğlu, 42 yaşlı Devon Dalio yol qəzasında həlak olub.

Sputnik Azərbaycan Associated Press-ə istinadən bildirir ki, qəza Qrinviçdə baş verib. Avtomobil əvvəl səkiyə çıxıb, sonar mağazaya çırpılaraq yanıb. Polislər özlərini hadisə yerinə çatdıranacan maşın tamam tüstü içində imiş.

Hüquq mühafizə orqanları hadisəni araşdırır. İlkin məlumata görə, maşının benzin çəni qəza zamanı partlayıb.

Rey Dalio Bridgewater Associates investisiya şirkətinin banısıdır, o, dünyanın 10 nəhəng hec-fondundan biridir. 2015-ci ildə R.Dalio Bloomberg-in versiyasına görə, dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 18-ci yeri tuturdu. 2018-ci ilin aprelində onun sərvəti 17.4 milyard dollar idi.

Devon Dalio isə P-Squared Management Enterprises investisiya şirkətinin həmtəsisçilərindən idi. Evli idi, bir qızı var.