İranın neft naziri bu gün Rusiyaya gedir


İranın neft naziri Bijan Namdar Zanqane 20 dekabrda Moskvaya səfər edir.

APA bildirir ki, bu barədə İran Neft Nazirliyi məlumat verib.

Səfər çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Energetika naziri Nikolay Şulginovla görüş planlaşdırılıb.

Məsləhətləşmələr zamanı neft bazarındakı son dəyişikliklər müzakirə ediləcək.