Gürcüstanda 2021-ci ildə ən azından 1 milyon insana peyvənd vurulacaq


"Gürcüstanda 2021-ci ildə ən azından 1 milyon insana peyvənd vurulması üçün çalışmalıyıq".

24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, qarşıdakı aylar ərzində lazımi miqdarda koronavirus əleyhinə peyvəndin Gürcüstana gətirilməsi üçün danışıqlar aparılır:

"Biz dünya səhiyyə təşkilatının təstiqlədiyi peyvəndləri əldə edəcəyik. Əminəm ki, bu cür peyvəndlər 5-6 növ olacaq. Paralel olaraq biz vaksin istehsalçıları, həmçinin qərbi Avropa ölkələri ilə danışıqları apırırıq ki, yanvar-fevral aylarında ilkin peyvənd dozaları Gürcüstana gətirilsin. Burada söhbət 200-300 ədəd peyvənddən gedir. Gürcüstanda 2021-ci il ərzindən ümumi olaraq 1 milyon insana peyvənd vurulması üçün maksimum çalışmalıyıq", - deyə Qamkrelidze bildirib.