Bu gündən Gürcüstanda elektrik enerjisinin qiyməti bahalaşır...


Bu gündən Gürcüstanda elektrik enerjisinin yeni istehlak tarifləri qüvvəyə minir.

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası qərar qəbul edib.

Yeni qaydaya əsasən, regionları elektrik enerjisi ilə təmin edən "Energo Pro Georgia"nın elektrik enerjisi istehlakı üçün 101 kilovata qədər tarif 14.237 tetridən 17.731 tetriyə qədər artacaq və nəticədə artım hər kilovata görə 3.494 tetri olacaq.

Eyni zamanda, 101 - 301 kilovata qədər istehlakçılar üçün tariflər 21,707 tetri, 301 kilovatdan yuxarı isə 26,227 tetri olacaq.

"Energo Pro Georgia"nın kommersiv abunəçilərinə gəldikdə, bu vəziyyətdə elektrik enerjisi tarifinin bahalaşması 10.8-dən 14.6 tetri arasında dəyişəcək.

Elektrik enerjisinin qiymətinin artması 2021-ci ilin 1 yanvarından etibarən qüvvəyə minir.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ayda 300 kilovatt/saatadək elektrik enerjisi istehlak edən sakinlər üçün artırılmış tarif arasında fərq tam subsidiya ediləcək yəni dövlət ödəyəcək, 300 kilovatdan artıq olarsa qiymət artımını vətəndaş özü ödəməli olacaq. Onuda qeyd edək ki, bu tariflər hökümətin 4 ay 200 kilovatlıq etdiyi yardıma şamil olunmur.