Yeni il gecəsi Almaniyada Bundesverin yeddi avtomobili yandırılıb



Yeni il gecəsi Almaniyanın Leypsiq şəhərində Bundesverin (AFR-ın silahlı qüvvələri) yeddi avtomobili yanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat verib.

Bildirilir ki, 10 yanan maşın avtoservislərdən birinin dayanacağında olub. Hüquq-mühafizə orqanların qəsdən yandırıldıqlarını ehtimal edir.

Berlində gecə boyunca pirotexniki partlayış nəticəsində təxminən on nəfər yaralanıb. Bununla birlikdə, bəzi bölgələrdə polis əməkdaşlarına qarşı hücumlar və park edilmiş avtomobillərin yandırılma halları da olub. Sahəsi 800 kv.m olan bir supermarket tamamilə yanıb.