Rusiyanın dəyişilməz siyasəti: "İmperiyaya çevrilib...”

Çexiya baş naziri Andrey Babis parlamentdə çıxış edib.  O, Moskva ilə Praqa arasındakı münasibətlərdən danışıb. Babis bildirib ki, gərgin atmosfer yumşalmalıdır. Tərəflər arasındakı gərginlik  bir neçə aydır ki, davam edir. Beləliklə, Rusiyanın beynəlxalq aləmdə bircə dənə belə dostunun olmadığı növbəti dəfə üzə çıxdı. Hətta nəinki dostu, deyəsən, tanışı da yoxdur...



Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a açıqlamasında belə bir halın Kreml üçün təəccüblü olmadığını bildirdi:

“Rusiyanın siyasəti tarix boyu dəyişməz qalıb. Dövlət qurulandan etibarən qarşısında iki yolu var: ya balaca olub, inkişaf etməli, ya da imperiyaya çevrilib geridə qalmalıdır.
Şimal qonşumuz ikincini seçib. Nəticədə ambisiyalar əvəzində yerli xalqın soyuducusu da boşdur.
Odur ki, bu, rəsmi Moskva üçün normaldır. Rusiya tarixən məhz belə mövcud olub.
Kremli başqa cür təsəvvür etmək sadəcə mümkünsüzdür”.