Rusiyanın axtardığı şəxs Köçəryana qoşuldu

Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan Dirçələn Ermənistan Partiyasına qoşulacaq.

Axar.az xəbər verir ki, o, bunu Sünikin təhlükəsizliyi üçün etdiyini bildirib. Avaqyan bu partiyanın tərkibində seçkidə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, adı çəkilən partiya Köçəryanın yaratdığı Ermənistan Blokunun üzvüdür.

Avaqyan müharibədən sonra Azərbaycana qarşı düşmənçilik fəaliyyətini ən çox alovlandıran şəxslərdən biridir. Avaqyan həm Rusiya, həm Ermənistan vətəndaşıdır. Rusiyada ona qarşı cinayət işi açıldıqdan sonra Fransaya qaçan Avaqyan sonradan Ermənistanda özünə sığınacaq tapıb.